featured-image-69634

“Benfika” baş məşqçi Bruno Lage ilə yolları ayırıb.

Msport.az xəbər verir ki, bunu Portuqaliya klubunun prezidenti Rui Koşta UEFA Çempionlar Liqasında “Qarabağ”a məğlubiyyətdən sonra bildirib

Lage ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib: “Bruno Lage ilə “Benfika”nı tərk etmək barədə razılığa gəldik. Mən ona klubumuz üçün etdiyi hər şeyə görə təşəkkür edirəm, amma inanırıq ki, dəyişiklik vaxtıdır”.

“Benfika”da baş məşqçi vəzifiəsinə əsas namizəd portuqaliyalı mütəxəssis Joze Mourinyo göstərilir. Onunla bu gün rəsmi danışıqlara başlanacağı bildirilib.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda ötən gecə “Benfika”nı səfərdə 3:2 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər