“Benfika”nın futbolçusu: “Bu məğlubiyyət bizi məyus etdi”
“Qarabağ”a məğlubiyyət bizi məyus etdi”.
Msport.az xəbər verir ki, bunu “Sportinq”in futbolçusu Entso Barreneçea UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a 2:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
O, bu matçı unudub çempionata köklənəcəklərini söyləyib: “Kollektiv oyun nümayiş etdirirdik, irəlidə oynayırdıq və sakit idik. Çempionlar Liqasında səhvlərə yol verilməməlidir. Nəticə bizi məyus edir. Diqqətimizi çempionat oyununa yönəltməliyik. Çempionlar Liqası fərqli yarışdır. Hətta hesabda 2:0 öndə olmaq belə rahatlaşmağa əsas vermir. Biz danışacağıq və növbəti matça köklənəcəyik”.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada “Benfika”nı üstələyib – 3:2.