featured-image-5535

B seriyasında çıxış edən “Frozinone”nin formasını geyinən müdafiəçi Federiko Qatti İngiltərə ilə Millətlər Liqasının oyununda (0:0) İtaliya yığmasında debüt edib.

Msport.az xəbər verir ki, transfer hüquqları “Yuventus”a məxsus olan 23 yaşlı futbolçu karyerası ərzində İtaliyanın müxtəlif liqalarında çıxış edib. 2019-2010-ci illər mövsümünü D seriyasında başlayan müdafiəçi sonra C seriyasına yüksəlib. Axırda isə B seriyasında oynamağa başlayıb.

Qatti aşağı liqalarda forma geyinərkən həm də bənna işləyirmiş. Yalnız “Frozinone”də oynadıqdan sonra o, bütün diqqətini futbola yönəldib və nəticədə “Yuve”nin skautlarının diqqət mərkəzinə düşüb.

“17 yaşım olanda atam işsiz qaldı. Ona görə də məktəbi atıb işləməyə getdim. Mən pəncərə çərçivələri düzəldirdim və daş yonurdum. Səhər tezdən durub işə gedirdim deyə yalnız axşamlar məşq edə bilirdim.

Meydanda heç kimin üzünə baxmıram. Aşağı liqalarda belə oynayırdım və hələ də beləyəm” – deyə Qatti bildirib.

23 yaşlı futbolçu İngiltərə ilə matçda 90 dəqiqə meydanda olub.

Bənzər xəbərlər