featured-image-1492

“Real”ın hücumçusu Kərim Benzema üçün “Sevilya” ilə matç (3:2) əlamətdar olub.

Msport.az xəbər verir ki, fransalı forvard görüşün 90+2-ci dəqiqəsində fərqlənərək komandasına qələbə gətirib. O, Madrid klubunun heyətində La Liqada vurduğu qolların sayını 217-yə çatdırıb.  Benzema belə nəticə ilə Alfredo di Stefanonu geridə qoyaraq klubun oyunçuları arasında yerli çempionatda ən çox qol vuran 3-cü futbolçu olub.

Bu göstərici üzrə rekord Kriştiano Ronaldoya məxsusdur – 311 qol. İkinci yerdə isə 228 qolla Rauldur.

Bənzər xəbərlər