featured-image-4672

Ötən həftə “Real”ın heyətində Çempionlar Liqasını qazanan Kərim Benzema Fransa millisinin düşərgəsinə gəlib.

Msport.az xəbər verir ki, 34 yaşlı hücumçunu komanda yoldaşları – Kilian Mbappe, Rafael Varan, Antuan Qrizmann və digərləri təbrik edib.

Axşam yeməyi zamanı bütün komanda Benzemanı alqışlayıb. Baş məşqçi Didye Deşam forvarda barmaqları ilə 5 rəqəmini nümayiş etdirib.   Futbolçu bu jesti “Liverpul”la oyundan sonra Çempionlar Liqasındakı 5-ci qələbəsini işarə vuraraq göstərirdi.

Bənzər xəbərlər