Benzema “Lion”u 1 milyon avro qabağa saldı
Kərim Benzemanın “Qızıl Top”u qazanması onun ilk klubu “Lion”u da qabağa salıb.
Msport.az xəbər verir ki, Fransa təmsilçisi hücumçunun “Real”a transferi zamanı müqaviləyə əlavə etdiyi “Qızıl top qazanması bonusu” səbəbilə 13 il sonra “kral kludu”ndan 1 milyon avro da alıb.
“Lion” akdemiyasının yetirməsi olan futbolçu 2004-2009-cu illərdə bu klubun şərəfini qoruyub.
Xatırladaq ki, Benzema dünən Parisdə keçirilən tədbirdə ilin futbolçusu seçilib.