featured-image-4596

“Real”ın və Fransa millisinin hücumçusu Kərim Benzema Kilian Mbappenin Madrid klubuna keçməməsinə münasibət bildirib.

Msport.az xarici mətbuata istinadən xəbər verir o, yığmadakı komanda yoldaşının qərarına hörmətlə yanaşdığını deyib:

“Mən istərdim ki, o öz arzusunu gerçəkləşdirsin və biz birlikdə “Real”da çıxış edək. Lakin Kilian PSJ-ni seçdi və onun qərarına hörmətlə yanaşmaq lazımdır. O, gəncdir, üzərində böyük məsuliyyət var, bu, onun seçimidir.

Bir yerdə Fransa yığmasında oynamaq çox xoş olacaq. Mən təəssüflənmirəm, çünki hər kəs öz seçimini edir. Ümid edirəm ki, o, yaxşı şeylərə nail olacaq.

Bu bizim dostluğumuza təsir göstərəcəkmi? Heç vaxt. Biz yaxşı dostlarıq”.

Xatırladaq ki, Mbappe PSJ ilə 2025-ci ilə qədər müqavilə imzalayıb.

Bənzər xəbərlər