featured-image-3411

Kərim Benzema yaxın günlərdə “Real”la yeni müqavilə bağlaya bilər.

Msport.az xəbər verir ki, bu haqda jurnalist Ekrem Konur “tvitter”də paylaşım edib.

Madrid klubu 34 yaşlı futbolçu ilə 2024-cü ilədək nəzərdə tutulan yeni anlaşma imzalayacaq. Fransa millisinin hücumçusunun hazırkı müqaviləsi 2023-cü ildə başa çatır.

Forvard cari mövsümdə bütün turnirlərdə 44 oyunda 44 qol vurub və 15 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər