featured-image-2833

İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema UEFA Çempionlar Liqasında Madrid təmsilçisinin sabiq futbolçusu Kristiano Ronaldonun rekordunu təkrarlayıb.

Msport.az xəbər verir ki, 34 yaşlı forvard buna turnirin yarımfinal mərhələsində “Mançester Siti” ilə cavab görüşündə fərqlənməklə nail olub.

O, 95-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Nəticədə Benzema 2021/22 mövsümündə ÇL-in pley-off mərhələlərində vurduğu qolların sayını 10-a çatdırıb. Bununla da fransalı futbolçu Ronaldonun 2017-ci ildəki rekordunu təkrarlayıb.

Benzema ÇL-in cari mövsümündəki ümumi qollarının sayını da 15-ə çatdırıb. Onun ən yaxın izləyicisi Robert Levandovskidir (“Bayern”) – 13 qol.

Benzema ÇL tarixində ən çox qol vuran futbolçuların siyahısında da Robert Levandovskiyə çatmağa nail olub. Hazırda üçüncü pilləni bölüşən bu iki oyunçunun hesabında 86 qol var. Qitənin ən nüfuzlu klub turnirində bombardir isə Ronaldodur. Onun hesabında 140 qol var. 124 qol vurmuş Lionel Messi (PSJ) isə ikincidir.

Bənzər xəbərlər