featured-image-1072

“Real Madrid”in hücumçusu Kərim Benzema Avropanın Top-5 liqalarında çıxış edən futbolçular arasında qol və məhsuldar ötürmələrə görə birinci yerə yüksəlib.

Msport.az xəbər verir ki, 35 yaşlı forvard cari mövsümdə klubda qollarının sayını 37-yə çatdırıb. 13 dəfə məhsuldar ötürmə ilə yadda qalan Benzema 50 qolda birbaşa iştirak edib.

Fransalı millisinin üzvünün ən yaxın izləyicisi 49 qolun vurulmasına ( 45 top, 4 məhsuldar ötürmə) pay sahibi olan  “Bayern Münhen”in hücumçusu Robert Levandovskidir.

 

Bənzər xəbərlər