featured-image-2212

“Real”ın futbolçusu Kərim Benzema Çempionlar Liqasında yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, fransalı hücumçu “Mançester Siti”yə yarımfinalda uduzduqları (3:4) oyununda dubl etməklə buna nail olub.

Benzema bir mövsümdə səfərdəki pley-off matçlarında eyni ölkənin klublarına 5 qol vuran ilk oyunçu kimi tarixə düşüb. O, daha əvvəl İngiltərənin digər təmsilçisi “Çelsi”yə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin ilk oyununda het-trik etmişdi.

Qeyd edək ki, Benzema bu mövsüm “Real”ın heyətində 41 oyunda 41 qol vurub və 13 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər