featured-image-1061

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Msport.az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçirilib. “Çelsi” evdə “Real”ı qəbul edib. Oyun Madrid klubunun qələbəsi ilə başa çatbı – 3:1. “Real”ın heyətində Kərim Benzema het-trik edib.

“Bayern Münhen” isə “Vilyarreal”ın qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatb – 1:0.

Bu komandalar arasında cavab matçları aprelin 12-də keçiriləcək.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

6 aprel 

23:00. “Çelsi” (İngiltərə)  – “Real” (İspaniya) – 1:3

Qollar: Benzema, 21 (0:1), 24 (0:2), Haverts, 40 (1:2), Benzema, 46 (1:3)

Baş hakim: Klement Turpin (Fransa)

“Stemford Bridc” stadionu.

23:00. “Vilyarreal” (İspaniya) – “Bavariya” (Almaniya) – 1:0 

Qol: Danjuma, 8

Baş Hakim: Entoni Teylor (İngiltərə)

“Estadio de la Keramika” stadionu.

 

Bənzər xəbərlər