featured-image-6050

“Real”ın hücumçusu Kərim Benzema tezliklə Madrid klubu ilə müqaviləsini uzadacaq.

Msport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı forvard klubla 2024-cü ilə qədər nəzərdə tutulan müqavilə bağlayacaq. Futbolçunun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.

34 yaşlı hücumçu ötən mövsüm “Real”la La Liqanın və Çempionlar Liqasının bombardiri olub. O, hazırda “qızıl top”un əsas favoritidir.

Bənzər xəbərlər