featured-image-78323

“Atletiko” portuqaliyalı yarımmüdafiəçi Bernardo Silvanı heyətinə qatmağı planlaşdırır.

Msport.az xəbər verir ki, mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq təcrübəli futbolçu da kluba keçid etməyə isti yanaşır.

Madrid təmsilçisi Bernardonu komandadan ayrılacaq Antuan Qrizmannın əvəzləyicisi kimi nəzərdən keçirir.

Klub rəhbərliyi artıq 31 yaşlı oyunçunun meneceri ilə danışıqlarda müəyyən irəliləyişlərə nail olub. “Atletiko” portuqaliyalı ulduza daha bir mövsüm uzadılma variantı ilə 2 illik müqavilə təklif etməyə hazırdır.

Qeyd edək ki, Bernardu Silva cari mövsümdə “Mançester Siti”nin heyətində bütün turnirlər daxil olmaqla 52 matçda meydana çıxıb, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər