featured-image-7606

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, İstanbul təmsilçisi Belçiktanın “Standard” (Lyej) klubunun hücumçusu Cekson Mulekanı transfer edib.

Bu barədə “qara qartallar”ın mətbuat xidməti məlumat yayıb. Konqolu futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Beşiktaş” bu keçidə görə “Standard”a 3 milyon 350 min avro ödəniləcəyini açıqlayıb. 22 yaşlı forvardın özü isə yeni klubunda ilinə 1 milyon avro qazanacaq.

Bənzər xəbərlər