“Beşiktaş”dan 39 yaşlı futbolçu ilə yeni müqavilə
Türkiyə “Beşiktaş”ı futbolçusu Atiba Hatçinson ilə müqavilənin müddətini uzadıb.
Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
39 yaşlı kanadalı yarımmüdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.
Təcrübəli oyunçu 2013-cü ildən İstanbul təmsilçisində çıxış edir. O, “Beşiktaş”da keçirdiyi 326 matçda 26 qol vurub.