"Beşiktaş" fransalı məşqçi ilə müqavilə bağladı - Rəsmi
Beşiktaş”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Msport.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanı fransalı mütəxəssis Valeryen İsmael çalışdıracaq.
47 yaşlı məşqçi ilə 1+1 illik müqavilə imzalanıb. O, bu vəzifədə Öndər Karavelini əvəzləyib. Karaveli bundan sonra məşqçilər korpusunda yer alacaq.
“Beşiktaş” hazırda 46 xalla turnir cədvəlində 8-ci yeri tutur.