“Beşiktaş”ın yeni baş məşqçisi İstanbula gəlir
“Beşiktaş”ın yeni baş məşqçisi Vinçenzo İtalyano bu gün Tütkiyəyə gəlir.
Msport.az xəbər verir ki, italiyalı mütəxəssis Bakı vaxtı ilə saat 17:00-da İstanbulda olacağı və müqaviləyə imza atacağı gözlənilir.
48 yaşlı mütəxəssis son olaraq “Bolonya”ya rəhbərlik edib. Bu komanda onun rəhbərliyi altında son mövsüm A seriyasında 8-ci yeri tutub.
İtalyano əvəllər “Spetsiya”, “Fiorentina” klublarında da işləyib.
“Beşiktaş” başa çatan mövsümdə Türkiyə Super Liqasında 4-cü olub.







