featured-image-80404

“Beşiktaş” “Liverpul”dan ayrılan Məhəmməd Salah üçün addım atıb.

Msport.az xəbər verir ki, İstanbul təmsilçisi misirlini heyətinə qatmaqdan ötrü lazım olan bütün təklifləri edib.

Salah illik 15 milyon avro maaş istəyib. “Beşiktaş” onu həmin məbləği ödəyə bilsə, tərəflər arasında müqavilə imzalanacaq.

34 yaşlı futbolçu ötən mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 12 qol vurub və 10 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər