featured-image-77992

“Betis” İspaniya La Liqasının 36-cı turunda “Elçe”ni 2:1 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, bu qələbə Sevilya komandasına 2005/2006 mövsümündən bəri ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazandırıb.

“Betis” İspaniyanın yüksək divizionunda 57 xalla beşinci yerdədir. Altıncı yerdə qərarlaşan “Selta”nın 50 xalı olduğundan, onlar bundan aşağı nəticə göstərməyəcəklər. Avropanın ən yaxşı klub yarışında mübarizə aparan digər İspaniya komandaları “Barselona” (91 xal), “Real” (77), “Vilyarreal” (69) və “Atletiko”dur (63).

2005/06 mövsümündə Çempionlar Liqasında “Betis” “Liverpul”, “Çelsi” və “Anderlext”lə bir qrupda üçüncü yeri tutub.

Bənzər xəbərlər