featured-image-2067

“Real Madrid”in yarımmüdafiəçisi İsko yayda “Betis”ə keçə bilər.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, Sevilya klubu vingerə 2 illik müqavilə təklif edib. “Betis”in baş məşqçisi Manuel Pelleqrini futbolçunu “Malaqa”da oynadığı vaxtdan tanıyır. Çilili mütəxəssis həmin vaxt “Malaqa”nı çalışdırıb.

İskonun Madrid klubu ilə müqaviləsi 2022-ci ilin 30 iyununa kimidir.

30 yaşlı yarımmüdafiəçi “Real”da 350 oyunda 53 qol vurub, 56 məhsuldar ötürmə verib. İsko “kral klubu”nda 17 kubok qazanıb.

Bənzər xəbərlər