featured-image-681

“Real”ın və “Uels millisinin futbolçusu Qaret Beyl yaxın vaxtlarda karyerasını başa vura bilər.

Msport.az “Cope”-yə istinadən xəbər verir ki, Uels yığması DÇ-2022-nin final mərhələsinə vəsiqə qazana bilməsə, hücumameyilli yarımmüdafiəçi böyük futboldan gedəcək.

Uels DÇ-2022-yə gedən pley-offun yarımfinalında Avstriya üzərində qələbə qazanıb – 2:1. Həmin oyunda Beyl dubl edərək komandasının qalibiyyətində önəmli rol oynayıb.

Uels finalda Ukrayna – Şotlandiya cütünün qalibi ilə qarşılaşacaq.

Bənzər xəbərlər