featured-image-2216

Çempionlar Liqasının ilk yarımfinal matçında “Real Madrid”ə qalib gələn (4:3) “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola oyunu şərh edib.

Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasından razı qaldığını olduğunu bildirib:

“Keyfiyyətli oyunçularla dolu iki komanda arasında yaxşı görüş oldu. Nəticə oyuna görədir. Qalib gəldik, bir qədər dincələcəyik. “Lids”lə oyundan sonra İspaniyaya yollanacağıq. Təcrübəmə əsasən deyə bilərəm ki, biz bu işin öhdəsindən gələcəyik.

Nəticə daha yaxşı ola bilərdi, amma “Real” həmişə “Real”dır. Ona qarşı iki yaxşı oyuna ehtiyacımız var. Birincisini bacardıq, indi ikincini etməliyik”.

Qvardioladan komandasının çoxsaylı qol şanslarının əldən verilməsinə görə əsəbləşib-əsəbləşmədiyini də soruşublar: “Düzdür, onları əldən verdik, amma həm də belə epizodları yaratdıq. Deməli, hər şey qaydasındadır. Heç kim nəticədən, performansdan şikayət edə bilməz. Komandamla qürur duyuram. Təcrübəli bir kluba qarşı bütün dünyanın gözü qarşısında belə oynadığımız üçün xoşbəxtəm. Qalib gəlmək üçün lazım olan hər şeyi etdik.

Bugünkü kimi oynasaq, Madriddə də qalib gələcəyik. Biz özümüzü “Santyaqo Bernabeu”da sübut etmək, orada şou göstərmək istəyirik. Oyunumuza sadiq qalsaq, qələbəni qeyd edəcəyik. Əslində, qalib gəlmək üçün başqa variant yoxdur”.

Qeyd edək ki, yarımfinalın cavab oyunu mayın 4-də olacaq.

Bənzər xəbərlər