"Biz "Qarabağ " olaraq "Kayrat"a azarkeşlik edirik"
“Qarabağ”ın və millimizin qapıçısı Şahruddun Məhəmmədəliyev Çempionlar Liqasında “Kayrat”ın oyunlarını izlədiklərini deyib.
Msport az xəbər verir ki, 31 yaşlı futbolçu Rusiya mətbuatına bu haqda danışıb:
“Əlbəttə, biz “Qarabağ”ın futbolçuları “Kayrat”ın Çempionlar Liqasındakı oyunlarını izləyirik və onlara azarkeşlik edirik. Bu, əladır. Uşaqlar üçün böyük təcrübədir.
“Qeyd edək ki, Qazaxıstan təmsilçisi Çempionlar Liqasında “Sportinq”ə 1:4, “Real”a isə 0:5 hesabı ilə uduzub.