featured-image-66018

“Bizim üçün vacib oyundur. Bütün rəqibləri təhlil edirik və hər birinə hörmətlə yanaşırıq. Rəqibin oyun üslubunu bilirik”.

Msport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş sabah Macarıstanla Bakıda keçiriləcək yoldaşlıq oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis rəqibin güclü olduğunu bildirib: “Çətin oyun olacaq. Buna baxmayaraq, futbolçularımız istəkli və motivasiyalıdırlar. Ümid edirəm sabah bunu meydanda göstərə biləcəklər. Heyətidə yeganə itki zədəli Elvin Bədəlovdur”

Millimizin baş məşqçisi  Latviya ilə oyunla müqayisədə heyətdə dəyişikliklər olacağını deyib: “Müəyyən dəyişikliklər düşünürəm. Macarıstan millisini yaxşı tanıyıram. Onlarla bir neçə dəfə qarşılaşmışam. Çox yaxşı təşkil olunmuş komandadır. Bizə də qələbə lazımdır. Sabah hər iki komandadan yaxşı oyun gözləyirəm”.

Santuş Macarıstan futbolunun inkişafda olduğunu da əlavə edib: “Çox yaxşı komandadır. Portuqaliya millisində mən işləyəndə Avro-2020-də ilk oyunumuz onlara qarşı olub. 80 dəqiqə oyun heç-heçə gedirdi. Çətinliklə qələbə qazandıq. Macarıstan futbolu son dövrlərdə inkişafdadır. Keçmişi xatırlamaq istəmirəm. Öz komandamı hazırkı Macarıstan yığmasına qarşı hazırlamışam”.

Bənzər xəbərlər