“Boka Xuniors”un baş məşqçisi vəfat etdi
“Boka Xuniors”un baş məşqçisi Miqel Anxel Russo 69 yaşında vəfat edib. Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis sentyabrda xəstəxanaya yerləşdirilmişdi.
Russo futbolçu kimi bütün karyerasını “Estudiantes”də keçirib. O,1989-cu ildə məşqçilik karyerasına başlayıb və “Lanus”, “Veles Sarsfild”, San-Lorenso”, “Əl Nəsr”, “Milyonarios”, “Estudiantes” və “Boka Xuniors” klublarında işləyib.
Russo “Boka”ya 2007 və 2020-2021-ci illlərdə də rəhbərlik edib. O, 2005-ci ildə yenidən “Boka Xuniors”a qayıtmışdı.