“Bolonya”nın baş məşqçisi xəstəxanalıq oldu
“Bolonya”nın baş məşqçisi Vinçentso İtalyano xəstəxanaya yerləşdirilib.
Msport.az xəbər verir ki, bu barədə Bolonya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisə pnevmaniya diaqnozu qoyulub. Onun həkim nəzarəti altında bir neçə gün xəstəxanada qalacağı bildirilib.
Qeyd edək ki, “Bolonya” hazırda İtaliya A Seriyasında 13 xalla 5-ci pillədə yer alıb.