"Bornmut"un yeni baş məşqçisi məlum oldu - RƏSMİ
“Bornmut” klubu yeni baş məşqçisinin adını açıqlayıb.
Msport.az xəbər verir ki, İngiltərə təmsilçisi Mark Roze ilə müqavilə bağlayıb.
49 yaşlı almaniyalı mütəxəssis son olaraq “Leyptsiq”də işləyib. O, daha əvvəl “Zaltsburq”, “Borussiya Münhenqladbax”, “Borussiya Dortmund” klublarını da çalışdırıb.
“Bornmut”un sabiq baş məşqçisi Andoni İraola “Liverpul”la müqavilə bağlayıb.







