“Borussiya”dan səfər qələbəsi
Futbol üzrə Almaniya Bundesliqasında 33-cü turun oyunları keçirilir. Msport.az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub.
“Köln” evdə “Volfsburq”a, “Frayburq” “Union Berlin”ə, “Hoffenhaym” “Bayer”ə, “Herta” isə “Maynts”a məğlub olub. Səfərdə “Qroyter”lə qarşılaşan Dortmund “Borussiya”sı da turu qələbə ilə başa vurub.
Çempionluğu təmin edən “Bayern”i bu turda “Ştutqart”la qarşılaşma gözləyir.
Almaniya Bundesliqası
33-cü tur
6 may
Bohum – Arminiya 2:1
Qol: Polter, 22. Bello, 89-öz qapısına – Nilsson, 35.
7 may
Qroyter – Borussiya (Dortmund) 1:3
Qol: Nqankam, 70 – Brandt, 26; 72. Passlak, 77.
Köln – Volfsburq 0:1
Qol: Gerhardt, 43.
Frayburq – Union Berlin 1:4
Qol: Holer, 59 – Promel, 11. Trimmel, 30. Bekker, 41. Şafer, 90.
Hoffenhaym – Bayer 2:4
Qol: Rutter, 22. Baumqartner, 36 – Şik, 34; 76. Diabi, 73. Alario, 90+1.
Herta – Maynts 1:2
Qol: Selke, 45+5 – Vidmer, 25. Bell, 81.
8 may
17:30. Ayntraxt – Borussiya (Mönxenqladbax)
19:30. Bayern – Ştutqart
21:30. Leypsiq – Auqsburq