featured-image-8399

Borussiya Dortmund”un hücumçusu Sebastyan Allerdə ağır xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu testis xərçəngindən əziyyət çəkir.

İyulun 18-də İsveçrədəki təlim-məşq toplanışı zamanı Aller məşqdən sonra özünü pis hiss etdiyini deyib. Tibbi müayinədən sonra futbolçuda testis şişinin olduğu müəyyənləşib. Aller klubun düşərgəsini tərk edərəkdaha geniş müayinələrdən keçmək üçün  Dortmunda yollanıb.

“Borussiya”nın idman direktoru Sebastyan Kel məsələ ilə bağlı belə deyib:

“Bu xəbər Sebastyan və bizim hamımız üçün şok oldu. Bütün “Borussiya” ailəsi ona tezliklə sağalmasını arzu edir. Onun daha yaxşı müalicə alması üçün əlimizdən gələni edəcəyik”.

Bənzər xəbərlər