"Borussiya" Niderland millisinin üzvü ilə anlaşdı - RƏSMİ
Niderland millisinin yarımmüdafiəçisi Yoey Verman karyerasını Almaniyada davam etdirəcək.
Msport.az xəbər verir ki, 27 yaşlı futbolçu “Borussiya Dortmund”la anlaşıb. Müqavilənin müddəti 2031-ci ilin iyununa qədərdir.
O, yeni komandasında 25 nömrəli formada çıxış edəcək.
Verman “Volendam”ın yetirməsidir. “Herenven”in də formasını geyinən yarımmüdafiəçi son olaraq PSV-də oynayıb. Verman Nidarland yığmasında 17 oyunda 1 qol vurub.







