featured-image-81537

“Nyukasl” Bosniya və Herseqovina millisinin müdafiəçisi Amar Dediçi transfer edib.

Msport.az xəbər verir ki, İngiltərə klubu “Benfika”dan ayrılan futbolçu ilə 5 illik müqavilə bağlayıb. O, yeni komandasında 37 nömrəli formada çıxış edəcək.

Dediç “Nyukası”ın baş məşqçisi Mattias Yaysslenin rəhbərliyi altında “Zaltsburq” klubunda oynayıb.

24 yaşlı futbolçu “Liferinq”, “Volfsberqer” (hər ikisi Avstriya), “Marsel” (Fransa) komandalarında forma geyinib.

O, Bosniya və Herseqovina millisində 31 oyunda 1 qol vurub.

Bənzər xəbərlər