featured-image-37480

Azərbaycan cüdoçusu Hidayət Heydərov  Bakıda keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.

Msport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Moldova idmançısı  Pyotr Pelivanı məğlub edib.

Rəqibinə “ippon”la qalib gələn H.Heydərov karyerasında 5-ci dəfə Böyük Dəbilqəni qazanıb.

Xatırladaq ki, H.Heydərov turnirdə bundan əvvəl Askar Narkulov (Qazaxıstan), Erik Hema (Böyük Britaniya), Aleksandr Raykun (Rumıniya) və Şahram Ahadova (Özbəkistan) qalib gəlib.

Bənzər xəbərlər