featured-image-41198

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Portuqaliya “Braqa”sı qış fasiləsində aparıcı futbolçularından Simon Banzanı sata bilər.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, konqolu hücumçu Almaniyanın “Ştutqart” komandasının diqqət mərkəzinə düşüb.

Seru Girassinin mümkün gedişini nəzərə alan Bundesliqa təmsilçisi onun boşluğunu məhz 27 yaşlı forvardla doldurmaq niyyətindədir.
Artıq klublar arasında ilkin danışıqların olduğu bildirilib. Portuqaliyalılar Banza üçün 7-10 milyon avro arası təzminat tələb edir.

Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Bənzər xəbərlər