featured-image-79666

DÇ-2026-da 1/16 final oyunları keçirilir.

Msport.az xəbər verir ki, beşqat dünya çempionu Braziliya millisi Yaponiya ilə üz-üzə gəlib. Cənubi amerikalılar 90+5-ci dəqiqədə vurulan qolla 2:1 hesabı ilə qələbə qazanıblar.

Digər görüşdə isə dördqat dünya çempionu olan Almaniya yığması Paraqvayla qarşılaşıb.

Matçın əsas vaxtında tərəflər hərəyə 1 dəfə fərqləniblər. Əlavə vaxtda qapılara qol vurulmayıb və belədə, qalibi penaltilər seriyası müəyyənləşdirib. Burada daha dəqiq oynayan Paraqvay millisi qələbə qazanıb. Almaniya yığması mundialla 1/16 finalda vidalaşıb.

Niderland millisi Mərakeşlə üz-üzə gəlib və oyun sonrası penalti zərbələrində qələbə qazanaraq 1/8 finala yüksəlb. Komanda bu mərhələdə Kanada ilə qarşılaşacaq.

DÇ-2026

1/16 final

29 iyun

21:00. Braziliya – Yaponiya – 2:1 (

Qol: Kayşu Sano, 29 (0:1), Kazemiro, 56 (1:1), Qabriel Martinelli, 90+6 (2:1)

30 iyun

Almaniya – Paraqvay – 1:1, penaltilər seriyası: 3:4

Qollar: Xulio Ensiso, 42 (0:1), Kay Havertz, 56 (1:1)

05:00. Niderland – Mərakeş – 1:1, Penaltilər seriyası – 2: 3

Qolar: Qakpo, 72 (1:0), Diop, 90+1  (1:1)

Bənzər xəbərlər