Braziliya millisinin müdafiəçisi DÇ-2026-dan kənarda qaldı
“Real”ın və Braziliya millisinin müdafiəçisi Eder Militaonun zədəsi gözlənildiyindən daha ağır olub.
Msport.az xəbər verir ki, öncədən 28 yaşlı futbolçunun DÇ-2026-ya kimi sıraya qayıdacağı proqnozlaşdırılırdı.
Son məlumatlara görə, Militao dünya çempionatında iştirak edə bilməyəcək. Həkimlər müəyyən ediblər ki, müdafiəçinin dekabrda zədələndiyi eyni nahiyədə çapıq yırtığı aşkarlanıb. Həmin vaxt Militao demək olar ki, 4 ay sıradan çıxmışdı.
Braziliya millisinin üzvü əməliyyat olunmalıdır. Bundan sonra isə uzun müddət bərpa dövrü çəkəcək. O, 2026-2027-ci illər mövsümünün stratından tez yaşıl meydanlara dönməyəcək.







