Braziliya millisinin müdafiəçisi “Komo”da
“Kruzeyro”nun müdafiəçisi Kayki karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Msport.az xəbər verir ki, “Komo” braziliyalı futbolçunun keçidini həll edib.
Artıq tərəflər arasında razılıq əldə olunub. “Komo” 23 yaşlı sol cinah müdafiəçisinin klubunu 12+2 milyon avro təzminat ödəyəcək. Transferin qarşıdakı günlərdə açıqlanacağı bildirilir.
Qeyd edək ki, Kayki “Kruzeyro”nun yetirməsidir. Braziliya millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 4 məhsuldar ötürmə ilə yadda qalıb.







