featured-image-78768

Braziliya millisi DÇ-2026 öncəsində son yoxlama oyununu keçirib.

Msport.az xəbər verir ki, pentekampeonlar ABŞ-nin Klivlend şəhərindəki “Klivlend Brauns” stadionunda Venesuela ilə üz-üzə gəliblər.

Oyun Braziliya millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Karlo Ançelottinin baş məşqçi olduğu komandada 8-ci dəqiqədə Bruno Qimarayns və 53-cü dəqiqədə Endrik fərqləniblər. Misirlilərin yeganə qolunu 11-ci dəqiqədə Mustafa Ziko vurub.

Misir millisinin əsas ulduzu Muhammed Salah fasilədən sonra meydana daxil olub.

Zədəli Neymar isə heyətdə olmayıb.

 

Bənzər xəbərlər