Brozoviç Qətər klubuna keçir
Xorvatiya millisinin sabiq üzvü Marselo Brozoviç karyerasını Qətər çempionatında davam etdirəcək.
Msport.az xəbər verir ki, 33 yaşlı futbolçu “Əl-Sədd”lə razılıq əldə edib.
Onunla 1+1 illik müqavilə imzalanacaq. Hazırda azad agent statusunda olan yarımmüdafiəçinin son klubu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası olub.
Xorvatiyalı futbolçu ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 29 oyunda meydana çıxıb və 4 məhsuldar ötürmə edib.







