featured-image-84224

“Komo” hücumçusu Anastasiоs Duvikasla müqavilənin müddətini uzadıb.

Msport.az xəbər verir ki, 27 yaşlı forvardla yeni müqavilənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

Razılaşmanın maliyyə detalları açıqlanmayıb. Yunanıstan millisinin üzvü 2025-ci ildən “Komo”da çıxış edir. O, İtaliya klubunun heyətində ümumilikdə 68 oyuna çıxıb, 27 qol vurub və 4 məhsuldar ötürmə verib.

İtaliya çempionatında 8 turdan sonra 17 xalı olan “Komo” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bənzər xəbərlər