featured-image-84226

“Real”ın hücumçusu Kilian Mbappe Çində narazılığa səbəb olan açıqlamasına görə üzr istəyib.

Msport.az xəbər verir ki, fransalı futbolçunun keçmiş Çin lideri Mao Tszedunla bağlı zarafatı ölkədə ciddi etirazlara səbəb olub.

Hadisə Mbappenin özünün təsvir olunduğu internet memi haqqında danışdığı müsahibənin görüntülərinin sosial şəbəkələrdə yayılmasından sonra gündəmə gəlib. Futbolçu həmin görüntüdə ən çox güldüyü memin üzünün Çin diktatorunun təsvirinə yerləşdirildiyi şəkil olduğunu bildirib.

27 yaşlı hücumçu daha sonra sosial şəbəkə hesablarında açıqlama yayaraq sözlərinin yanlış olduğunu etiraf edib. O, Çin xalqına və onun tarixinə böyük hörmət bəsləyidiyini və səmimi qəlbdən üzr istədiyini yazıb.

Bundan əlavə, İspaniya La Liqasının rəhbərliyi də məsələ ilə bağlı açıqlama yayaraq Çin azarkeşlərindən üzr istəyib.

Bənzər xəbərlər