"Bu, Azərbaycanla qarşılaşma üçün yaxşı hazırlıq idi"
“Bu, bazar günü Azərbaycanla qarşılaşma üçün yaxşı hazırlıq idi”.
Msport.az “Voetbalprimeur” nəşrinə istinadən xəbər verir ki, bunu Belçika millisinin futbolçusu Artur Vermeren Serbiyanı yoldaşlıq görüşündə 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.
18 yaşlı yarımmüdafiəçi AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qalib gəlmək istədiklərini söyləyib: “Qrupu birinci pillədə başa vurmaq üçün rəqibi məğlub etməliyik”.
Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.