featured-image-37610

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Syasət Əsgərov Millətlər Liqasının 2-ci turunda Monteneqroya səfərdə qalib gəlmələri (1:0) haqda danışıb.

Msport.az xəbər verir ki, o, hücum futbolu oynadıqları üçün qələbə qazandıqlarını deyib:

“Monteneqro millisi ilə oyunun çətin olacağını bilirdik. DÇ-nin seçmə mərhələsində bu rəqiblə qarşılaşmışdıq. Komanda çox güclü futbolçulardan ibarətdir. Oyuna yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdən sonadək plana uyğun olaraq, oyunu meydanın rəqibə aid hissəsində keçirdik. Bunun nəticəsində 84-cü dəqiqədə qələbə qolunu vura bildik. Düzdür, rəqibin də qol vurmaq imkanları oldu. Ancaq bu dəfə səhvlərə yol vermədik”.

O, keçirəcəkləri növbəti oyunlara da toxunub:

“Oktyabr ayında bizi daha iki çətin oyun gözləyir. Səfərdə Farer adaları, evdə isə Monteneqro yığması ilə qarşılaşacağıq. Hər iki oyunda da uğur qazanıb qrup liderliyimizi davam etdirmək istəyirik”.

Bənzər xəbərlər