Bu gün Azərbaycan derbisi olacaq
Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulacaq.
Msport.az xəbər verir ki, sonuncu matçda “Qarabağ” “Neftçi”ni qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq Azərbaycan derbisi saat 20:00-da başlanacaq.
“Qarabağ” 35 xalla turnir cədvəlində birincidir, “Neftçi” isə ondan on xal az toplayaraq beşinci pillədə qərarlaşıb.
20:00. “Qarabağ”– “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tofiq Bəhramov adına Respublika Stadionu







