featured-image-40986

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Msport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlanacaq tədbirdə “Qarabağ”ın da rəqibi bəlli olacaq.

“Köhlən atlar”ın potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə), “Şaxtyor”dur (Ukrayna).

Fevralın 15-i və 22-nə nəzərdə tutulmuş oyunlarda “Qarabağ”ın ilk matçı, reqlamentə görə, səfərdə baş tutacaq.

Qeyd edək ki, “Qarabağ” 10 xalla “H” qrupunda ikinci yeri tutaraq pley-offa vəsiqə qazanıb.

Bənzər xəbərlər