"Bu günkü oyunda üstünlüyü Azərbaycan millisinə vermək lazımdır" - Rusiya saytı
Millimiz bu gün Millətlər Liqasında son oyununa çıxacaq. Komandamız qrupda 1-ci yeri özünə təmin etmiş Qazaxıstanla “Dalğa Arena”da qarşılaşacaq.
Msport.az xəbər verir ki, Rusiyanın “vseposport.ru” saytında yığmamızın bugünkü oyunu ilə bağlı yazı yer alıb:
Azərbaycan
Azərbaycan millisi son vaxtlar çox az qol vurub. Lakin son iki oyundakı qələbə sayəsində xallarının sayını 7-yə çatdıraraq, 2-ci pilləyə yüksəlib. Azərbaycan Belarus (2:0) və 90+5-ci dəqiqədəki qələbə topu sayəsində Slovakiya üzərində qalibiyyət əldə edib – 2:1. Buna qədər Millətlər Liqasında Belarusla matçda 1 xal qazanılmışdı – 0:0.
Qazaxıstan
Qazaxıstan yığması bu qrupda ən etibarlı müdafiə xəttinə malik komandadır. Onlar 5 oyunda cəmi 3 top buraxıblar. Əgər iyunda Belarusla məhsuldar heç-heçə (1:1) olmasaydı, komanda 100 faizlik nəticə göstərə bilərdi. Kapitan Taqıberqen cəzalıdır və bu gün oynamayacaq.
Qazaxıstan millisi son oyunda Zaynutdinovun qarşılaşmanın sonlarında vurduğu qolla Belarus üzərində qalibiyyət əldə etdi -2:1.
Proqnoz
Fikirimizcə, bugünkü oyunda üstünlüyü Azərbaycan millisinə vermək lazımdır. Onların heyəti heç də pis deyil. Üstəlik də rəqibi öz meydanında qəbul edir. Azərbaycanlılar doğma divarlar arsında həmişə yaxşı nəticələr göstəriblər. Həm də Qazaxıstan komandası bir qədər motivasiyasını itirib. Qonaqlar artıq daha yüksək diviziona vəsiqə qazandıqlarından özlərinə çox da əziyyət verməyəcəklər. Bizim proqnozumuz – Azərbaycan qalib gələcək.