Subimendi İspaniyaya qayıtmağa hazırlaşır
“Arsenal”ın ispaniyalı futbolçusu Martin Subimendi karyerasını Madrid “Atletiko”sunda davam etdirə bilər.
Msport.az xəbər verir ki, Madrid təmsilçisi futbolçunun transferində əsas maraqlı tərəflərdən biridir.
London klubu isə maliyyə vəziyyətini tarazlaşdırmaq üçün bəzi oyunçularını satmağı planlaşdırır.
Subimendinin komandadakı rolu Bruno Gimaraeşin transferindən sonra azalıb. İspaniyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 12 matçda cəmi 380 dəqiqə meydanda olub. O, yalnız Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşmanı tam keçirib.
London təmsilçisi Subimendinin transferinə xərclədiyi 60 milyon avronu geri qaytarmaq istəyir.







