"Bu mövsüm 18 xalımızı oğurlayıblar" - "Real"ın prezidenti
“Real”ın prezidenti Florentio Peres bildirib ki, bu mövsüm hakim qərarlarına görə 18 xal itiriblər.
Msport.az xəbər verir ki, Peres mətbuat konfransında onun dövründə daha çox titual qazanmalı olduğunu deyib:
“Mən necə əsəbi olmaya bilərəm? La Liqada 7 titul qazanmışam, amma əslində bu, 14 olmalı idi. Yeddi dəfə məni mükafatdan məhrum ediblər. Bu mövsüm isə bizm 18 xalımızı oğurlayıblar. “Rejimin intelektulları” bizə zərə vururlar”.







