featured-image-63028

“Bu oyunlar bizə xal vermir, amma yoldaşlıq matçında məğlub olmaq istəmirik”.

Msport.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Haiti ilə yoxlama oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis rəqibin hücum futboluna üstünlük verdiyini vurğulayıb: “Yaxşı milli komandaya qarşı oynayacağıq, yaxşı oyunçulara malikdilər. Haitinin son 5-6 matçını izləmişik, zəif və güclü tərəflərini öyrənmişik. Hücum futbolu oynayan komandadır. Çalışırlar 2 hücumçu ilə oynasınlar. Türkiyənin “Kayserispor” və Yunanıstanın AEK klublarından futbolçuları var. Hücumdan sonra müdafiəyə çəkilməyərək, topu yenidən qazanmağa çalışırlar. Müdafiə baxımından zəif nöqtələri var, sabah bundan istifadə etməyə çalışacağıq. Çox yaxşı məşqlər keçmişik, komandada əhval ruhiyyə yaxşıdır. Vacib oyuna çıxacağıq”.

Santuş qarşılaşmanın heyətini artıq müəyyənləşdirdiyini bildirib: “Yeni gələn futbolçulardan kimlərin oynayacağını deyə bilmərəm”.

Bənzər xəbərlər