"Bu oyunu çox müzakirə edirik" - Bəhlul Mustafazadə
Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə sabah DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa ilə oyundan öncə mətbuat konfransında iştirak edib.
Msport.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu rəqibə layiqli müqavimət göstərməyə çalışacaqlarını deyib:
“Fransa yığması haqqında çox danışmağa ehtiyac yoxdur. Əsas odur ki, biz belə rəqiblə görüşdə necə təsir bağışlayacağıq. Bu gün son məşqimiz olacaq. Sabah meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Uşaqlarla bu oyun barədə söhbətimiz olub. Bütün komanda bu görüşə məsuliyyətlə hazırlaşır. Hamımız sabahkı oyuna hazır olmalıyıq. Bu görüşü çox müzakirə edirik. Hazırlığımız yaxşı keçdi, sabah layiqli mübarizə aparacağıq”.